HASANLY

HASANLY Sevgi 3-02-2024, 13:45

Sevgililər Günü üçün ən romantik hədiyyələr siyahısına daxil edilən 150 min dollarlıq yuxu

Sevgililər Günü üçün ən romantik hədiyyələr siyahısına daxil edilən 150 min dollarlıq yuxu
Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyələrdən biri sosial şəbəkələrdə diqqət çəkib.

“Forbes”in məlumatına görə, 150 min dollarlıq mükəmməl yuxu, ən romantik hədiyyələr siyahısına daxil edilib.

ABŞ-nin Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən “The Peninsula” dəbdəbəli hoteli öz qonaqlarına Sevgililər Günü üçün mükəmməl gecə və yuxunu təcrübədən keçirməyi təklif edir. Qonaqlar hotelə gəldikdən sonra onlara dəbdəbəli iki mərtəbəli villada xidmət edəcək eşikağası təyin olunur.

Qonaqlar həmçinin keyfiyyətli yuxu ilə bağlı məsləhət almaq üçün “Rolls Royce” avtomobili ilə spa mərkəzinə aparılır və onlar üçün fərdi döşək seçilir. Qeyd edilib ki, qonaqlar daha sonra bu döşəyi evlərinə də apara bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
305 270 176 175 191 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.