reklam
Düzgün məşq planı necə seçilməlidir? Düzgün məşq planı necə seçilməlidir? https://gencaile.az/wp-content/uploads/2017/11/idman-1-735x400.jpg
n2006

n2006 Sağlamlıq 12-02-2024, 10:45

Düzgün məşq planı necə seçilməlidir?

Düzgün məşq planı necə seçilməlidir?
Düzgün bədən quruluşuna sahib olmaq hər kişinin xəyalıdır. Elə qadınların kişilərdə diqqətini çəkən əsas məqamlardan biri də ideal bədən quruluşudur. Bədən quruluşunun istədiyiniz formada olduğu zaman əyninizdəki geyim də sizə yaraşacaq, çünki bu zaman xarici görünüşünüzə olan inamınız əyninizdəki geyimi də istədiyiniz kimi daşımağınıza şərait yaradacaq.

Bəs, belə bədənə sahib olmaq çox çətindir? Bu dəfəki məqaləmiz gözəl bədən quruluşuna sahib olmağın yolları haqqındadır.

Əslində bu sualın cavabı kişidən kişiyə dəyişir. Özünə inanan və buna həqiqətən sahib olmaq istəyən kişi üçün bu xəyal deyil, reallaşdırılması rahat olan bir arzudur. Lakin bunu da yadda saxlamaq lazımdır ki, düzgün bədənə sahib olmağa çalışarkən ediləcək fiziki hərəkətləri düzgün etmək və düzgün qidalanmaq lazımdır. Ümumiyyətlə, çalışın ki, bu qaydaya yalnız müəyyən məşq çərçivəsində deyil, hər zaman əməl edəsiniz.

Bəzən məşq edən insanlar elə düşünürlər ki, əgər məşq edirəmsə mümkün qədər çox kalori qəbul etməliyəm, amma unutmayın: həddindən artıq çox yemək sizin ziyanınıza olacaq. Əgər məşq edirsinizsə, səhər, günorta, axşam yeməkləri arasında meyvə qəbul etməyiniz məsləhət görülür.

Eyni zamanda bu vaxt protein tərkibli süd, pendir, yumurta, ağ ət kimi qidalarla qidalanmaq məsləhətlidir. Fit bədən üçün önəmli olan bədəndəki yağları əritməkdir. Bu səbəbdən qidalanarkən yağlı yeməklərdən bacardıqca uzaq durmaq lazımdır.

Məşqə başlayarkən çoxlarımız tez zamanda nəticə əldə etmək üçün ən ağır məşq proqramını seçirik, amma unutmayın: yeni məşqə başlamısınızsa, ağır məşq planlarından uzaq durun. Çünki bu sizin səhhətinizdə çox ciddi problemlər yarada bilər.

Düzgün bədənə sahib olmağın ən arzuolunan yollarından biri də üzməkdir. Üzən zaman bədənimizin bütün əzələləri çalışır. Bu yolla düzgün bədənə sahib olmaq mümkündür.

Bütün bunlarla yanaşı məşqə başlamaq istəyirsinizsə, öncə bir suala aydınlıq gətirməlisiniz. Bədəninizdə sevmədiyiniz hissə haradır? Daha çox hansı bölgənin arıqlamasını, əzələ yığmasını istəyirsiniz? Bu suala aydınlıq gətirdikdən sonra isə birbaşa həmin hissələrə yönələn məşq proqramına başlaya bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 24 19 25 35 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.