ice berg

ice berg Sevgi 21-03-2024, 23:00

Eşq bəzən kiçik cümlələrdən ibarət olur

Eşq bəzən kiçik cümlələrdən ibarət olur
Sevgi bəzən bir “necəsən?” mesajıdır.Qəribə gəlir bilirəm.Amma olur hərdən.Demək istədiyin bütün o uzun cümlələri bir “necəsən?” sualına sığışdırıb göndərirsən.Eşq bəzən kiçik cümlələrdən ibarət olur.“yaxşısan?”,”işlərin necədir?” “xəstə deyilsən?”ya da bunlara oxşayan ən mənasız minlərlə sual.Hələ “əlim dəydi” ”səhv gəldi, bağışla” mesajları da var.Ən ürkək,ən saf sevgidir bunlar əslində.İçindən dua edirsən bəzən..”nə olar, bir az sual versin,biraz danışsın”deyə.Amma çox vaxt gələn cavab “eybi yox”dan ibarət olur.Bu qısa söhbətdən sonra sənə qalan özünü söymək və yerində uzanıb etdiyin bu yersiz hərəkəti fikirləşərək yuxusuz qalmaq olur.Uzun zaman keçir sonra.Özünə verdiyin sözləri unudub yenidən yazırsan.”həyatında biri var?” bu suala gələn “hə” cavabı yenidən məhv edir səni.Gərək yazmazdım,heç olmasa xəbərim olmazdı deyirsən.Daha asan olardı.Bəlkə də səni həmin vaxt incidən şey onun həyatında birinin olması yox,sənin ona yazdığın cavab olur.Gözündən yaş axarkən yazdığın “sənin adına sevindim” cümləsi...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 537 462 471 447 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.