Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Moda.Dəb 29-03-2024, 22:00

2024-cü ilin ən mübahisəli geyim növləri açıqlandı

2024-cü ilin ən mübahisəli geyim növləri açıqlandı
Sun.Az xəbər saytı
2024-cü ilin insanlar arasında mübahisə yaradan moda trendləri açıqlanıb.

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, bu trendlərdən biri “Polo” və “Kapri” şalvarlarının dəbdə olacağı ilə bağlıdır.

Bildirilir ki, tenniskor stili (tennis forması trendi) sayəsində populyarlaşacaq “Polo” köynəklər də mübahisələrə səbəb olacaq. Xüsusilə, “Miu Miu”, “Calvin Klein” və “Ralph Lauren” brendlərinin dizaynerləri 2024-cü ilin yaz-yay kolleksiyalarının keçmiş nümayişlərində qeyd olunan əşyaların oxşar versiyalarını təqdim ediblər.

Həmçinin, məlumata görə, satışları 22 faiz artaraq qısa kapri şalvarları da siyahıya daxil olub . Mütəxəssislər həmçinin bel səviyyəsində tüklü fırfırlı ətək və paltarları da mübahisəli moda geyimləri adlandırıblar.

“Tor və saçaqlı ətəklər üçün tendensiyalar öz ekstravaqantlığına görə mütləq ictimaiyyətdə rezonans doğuracaq”, - deyə modelyerlər yekunda əlavə ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 249 175 189 181 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.