ice berg

ice berg İdman 7-04-2024, 20:51

“Bavariya”dan 24 ildə ilk antirekord

“Bavariya”dan 24 ildə ilk antirekord
Almaniya çempionatının 28-ci turunun "Haydenhaym"la görüşündə "Bavariya" antirekord imzalayıb.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, “Bavariya” klubu tarixdə ilk dəfə iki top fərqi ilə öndə olduğu oyunda Bundesliqanın yeni komandasına uduzub.
Üstəlik, “Bavariya” 2000-ci ildən elit divizionda debütantlara uduzmur.

Görüş aprelin 6-da baş tutub və evdə oynayan "Haydenhaym"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqlar fasiləyə iki qollu üstünlüklə yollanıblar.

28 turdan sonra "Bavariya" lider "Bayer"dən 16 xal geri qalaraq çempionatda ikinci pillədə qərarlaşıb. Növbəti turda leverkuzenlilər çempionluğu vaxtından əvvəl təmin edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 261 273 243 275 277

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.