HASANLY

HASANLY İdman 9-04-2024, 12:33

“Ən-Nəsr”in baş məşqçisi Superkubok matçında Ronaldunun qırmızı vərəqə almasından danışıb

“Ən-Nəsr”in baş məşqçisi Superkubok matçında Ronaldunun qırmızı vərəqə almasından danışıb
“Ən-Nəsr”in baş məşqçisi Luis Kastro Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal mərhələsinin “Əl-Hilal”la oyununda (1:2) hücumçu Kriştianu Ronaldunun qırmızı vərəqə alaraq meydandan qovulması ilə bağlı qalmaqallı epizoddan danışıb.

“Rəqib Kriştianu ilə təmasdan istifadə edərək sifətinə vurulan zərbədən şikayətləndi. Mən təkrarı gördüm və oyunçunun üzünə toxunma olmadı. Hakim, fikrimcə, rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”, - deyə Kastro bildirib.

Xatırladaq ki, 86-cı dəqiqədə Ronaldu rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə almışdı. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını partnyoruna tərəf atıb, arxasını hakimə çevirərək meydanı tərk edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 313 311 278 312 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.