ice berg

ice berg Sevgi 10-04-2024, 22:00

bu şəhərin bütün küçələri sanki onların izlərini daşıyırdı..

bu şəhərin bütün küçələri sanki onların izlərini daşıyırdı..
Onlar nə əl ələ gəzə bilmişdi,nə də bir birinə toxuna bilmişdi.. Amma bu şəhərin bütün küçələri sanki onların izlərini daşıyırdı.. İllər sonra,baş vermiş hadisələr xatirələrə çevirə bilir, amma zamanın aciz qaldığı və heç vaxt köhnəldə bilmədiyi tək şey var; xəyal gücü.. Sən birini öz xəyallarında hər gün,hər dəqiqə,hər saniyə yaşada bilərsən, illərlə üzünü görmədiyin,ondan uzaqda olduğun,ya da itirdiyin birini.. Bəlkə siması gəlməz gözünün önünə, bəlkə xatırlamazsan səsini amma qəlbində bir yerdə yaşadığını bilərsən,nəfəs alışını hiss edə bilərsən.. Onların hekayəsinin də qəlbi qırıq idi. Yaşadıqları şey hər nə idisə nə zaman, nə məsafə,nə də başqaları bu hissi öldürə bilməmişdi. Bəlkə də özəlliyi bu idi. Toxunmadan hiss etmək, yanında olmadan sarılmaq, nə zaman sənə ehtiyacı olduğunu bilmək.. "köhnələrin" buna verdiyi bir ad var,deyəsən ; uzaqdan sevmək..Həyatın ən ağır imtahanı ya da ən gözəl hədiyyəsi idi bu və onlar ağıllarına belə gətirmirdilər ki,illər sonra məhz bu yerdə həyat onları qarşılaşdıracaq..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 489 416 418 358 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.