Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İslam Dini 11-04-2024, 17:00

Həzrət Mühəmməd Peyğəmbər (s) niyə bir məscidin sökülməsini əmr etmişdi?

Həzrət Mühəmməd Peyğəmbər (s) niyə bir məscidin sökülməsini əmr etmişdi?
Sun.Az xəbər saytı
Həzrət Müəhmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra Mədinədə bir dəstə insan İslamı üzdə qəbul edib özünü müsəlman kimi göstərirdi, qəlbində isə kafir qalmışdl. Onlar gün-gündən qüvvətlənən müsəlmanları məhv etmək üçün açıqda mübarizə apara bilmədikləri üçün gizli planlar çəkib təxribat törədirdilər. Hicrətin 9-cu ilində (miladi 630-cu il) Peyğəmbər Təbuk yürüşünə çıxmazdan əvvəl münafiqlər Mədinənin girəcəyindəki Qüba məntəqəsində məscid tikmək üçün ondan icazə istədilər. Onların məqsədi İslam pərdəsi altında toplaşa bilmək üçün qərargah yaratmaq idi. Peyğəmbər cavabı Təbuk səfərindən qayıdandan sonra verəcəyini söylədi, lakin münafiqlər bu sözə qulaq asmayıb məscidi tikdilər. Peyğəmbər Təbuk səfərindən qayıtdıqdan sonra ondan xahiş etdilər ki, yeni məscidi ziyarət edib orada namaz qılsın. Bu zaman Peyğəmbərə nazil olan ayələrdə həmin bina “zirar məscidi” yəni “zərərli məscid” adlandırıldı (Tövbə, 107-108). Peyğəmbər dərhal müsəlmanlara əmr verdi ki, oranı uçurub yerlə-yeksan etsinlər. Müsəlmanlar zirar məscidini dağıdıb yandırdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 236 154 184 146 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.