hələ də bilmədiklərin var, hər gecə şəklindən öpərdim məsələn.

Yaşamaq çox çətindir, əzizim. Yan-yana yaşamaq varkən, yana-yana yaşamaq lap çətindir. Həyat heç yaşanılası deyil, bəlkə bu insanların günahıdır. Bu gün yenə xatirələr gəldi, ağlıma qonaq. Heç sevmirəm çağrılmayan qonaqları amma bu qonaq hər gecə gəlir. Sevməsəm də xatirələri gəlişlərini qeyd edirəm, bir əldə qələm ilə, bir-bir sətirlərə yağdırmaq istəyərdim xatirələri amma mürəkkəb çatmaz. Bir zaman yaşamağa ümidim olan bir insanın artıq yanımda olmaması çox ağırdır. Bir zaman üzümdə təbəssüm doğuran insanin, indi gözyaşıma səbəb olmağı necə də qəribədir. Ümumiyyətlə işlətdiyim “bir zaman” sözü necə də ağrılı söz imiş, indi anladım. Sənin hələ də bilmədiklərin var, hər gecə şəklindən öpərdim məsələn. Bilirsən mənə ən çoxu verdiyin sözlərin tutulmaması təsir etdi. Bizi ölüm ayırmadı. Ən pisi bu oldu. Bəs harda qaldı o “səni sevirəm”lər, hanı bəs “sən hara mən ora”lar, hanı “səni sevirəm, sən təki getmə”lər, “sənsiz ölərəm”lər. Heyif... Çox heyif.🖤