Ulya

Ulya Şeirlər 12-08-2017, 17:00

Ağladım

Ağladım


Xəyalımı götürüb,
getdim yenə,
ömrümün tufanlı sahilinə...
Yenə də ümidimi,
xəyallara bağladım...
Qısıldım qucağına,
bir ana qoynu kimi...
Pıçıltılar hönkürdü,
qoşuldum xəyalına,
bir uşaqtək ağladım...
Sonra susdum-
kiridim...
Döndüm bu günə-
ağır-ağır yeridim...
Gördüm,
sakit olmuşam...
amma yenə ümidi,
tək sənə bağlamışam...
Nə yaxşı ki
ağlamışam!...

Ağladım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
568 605 596 542 491 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.