HASANLY

HASANLY İdman 15-06-2024, 14:14

Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirdə növbəti oyununa çıxacaq

Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirdə növbəti oyununa çıxacaq
Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.

"Report"un məlumatına görə, yığma Fransa ilə üz-üzə gələcək.

Görüş Bakı vaxı vaxtı ilə saat 22:20-də start götürəcək.

Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 307 242 281 275 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.