Diablo

Diablo İdman 29-06-2024, 21:00

AVRO-2024: Almaniya və Danimarka milliləri böyük turnirlərdə beşinci dəfə üz-üzə gələcəklər

AVRO-2024: Almaniya və Danimarka milliləri böyük turnirlərdə beşinci dəfə üz-üzə gələcəklər
Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Almaniya və Danimarka milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) 4 dəfə qarşılaşıblar.

"Take.az"-ın məlumatına görə, bu oyunların ikisində meydan sahibi Almaniya, digər ikisində isə skandinaviyalılar qalib gəliblər.

Danimarka qitə çempionu olduğu 1992-ci ildəki turnirin finalında məhz Bundestimi məğlub edib - 2:0.

AVRO-2024-də günün ikinci görüşündə İtaliya yığması İsveçrə səddini keçməyə çalışacaq. Bu, komandaların böyük yarışlarda beşinci dueli olacaq. Hər iki tərəf daha əvvəl iki qalibiyyətə sevinib. İsveçrə 1954-cü ildəki dünya çempionatında iki dəfə rəqibini üstələməyi bacarıb. 1962-ci ildəki mundialda və AVRO-2020-də isə italyanlar qələbə əldə ediblər.

Qeyd edək ki, İsveçrə - İtaliya matçı saat 20:00-da, Almaniya - Danimarka görüşü isə 23:00-da start götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 277 251 255 253 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.