n2006

n2006 Dəri və saç 7-09-2024, 19:51

Saçları təbii üsulla uzatmaq

Saçları təbii üsulla uzatmaq
Saçları təbii üsulla uzatmaq yollarını təqdim edirik:
Su için
Saçının uzanmasını istəyən hər kəs ilk növbədə gün ərzində 1,5-2 litr su içməlidir. Kifayət qədər su içdikdə baş dəriniz və saç telləriniz ehtiyacı olduğu nəmi əldə edəcək və saçınız parlaq görünəcək.
Saç dərinizi masaj edin
Başa edilən masaj qan dövranını surətləndirir. Bu isə hüceyrələrin tam fəaliyyəti deməkdir. Davamlı olaraq, başınızı dairəvi formada yavaş masaj etsəniz, saçlarınız tez uzanacaq.
Alma sirkəsi və gicitkan
Saçının tez uzanmasını istəyən şəxs hər gün bir stəkan suya bir xörək qaşığı alma sirkəsi əlavə edib içməlidir. Bundan əlavə, gündəlik bir stəkan təzə və ya qurudulmuş gicitkan çayı içməyiniz məsləhətdir.
Saç kəsdirmək
Saç uzatmanın ən sadə və asan formullarından biri də saç kəsdirməkdir. İki aydan bir saçların uc hissəsi kəsilərsə, o saç yenilənər və uzanar.
Lavanda dəmləməsi
Bir xörək qaşığı lavandanı 2 stəkan isti suda dəmləyin. Təmiz bir qabda gözləyin və ilıq suya əlavə edin. Hamamdan çıxmazdan əvvəl saçlarınızı bu su ilə yuyun. Lavanda həm saçı gücləndirir, həm də gözəl qoxu bəxş edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 321 317 298 262 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.