Diablo

Diablo İdman 18-09-2024, 18:00

İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” rəqibinə 7 cavabsız qol vurub

İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” rəqibinə 7 cavabsız qol vurub
İngiltərə Liqa Kubokunun üçüncü raundunda “Mançester Yunayted” evdə “Barnsli”ni darmadağın edib.

“Take.az” xəbər verir ki, matç “Old Trafford”da baş tutub.

“Qırmızı şeytanlar”ın heyətində “Markus Reşford (16 və 58-ci dəqiqələrdə), Antoni (35, pen.), Alexandro Qarnaço (45+2, 49) və Kristian Eriksen fərqlənib. Beləliklə, Erik ten Haqın yetirmələri İngiltərənin səviyyəcə üçüncü liqasının təmsilçisinə yeddi cavabsız qol vurub.

Premyer Liqa klublarının iştirak etdiyi gecənin digər matçlarında “Kristal Pelas” səfərdə “Kvins Park Reyncers”i məğlub edib (1:2), əsas vaxtda 1:1 hesablı heç-heçədən sonra “Sauthempton” penaltilər seriyasında “Everton”dan güclü olub.

Xatırladaq ki, ötən mövsüm İngiltərə Liqa Kubokunu almaniyalı mütəxəssis Yürgen Kloppun “Liverpul”u qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 269 221 241 244 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.