HASANLY

HASANLY İdman 14-10-2024, 12:52

Azərbaycan Kuboku: "Səbail"in rəqibi bəlli olur

Azərbaycan Kuboku: "Səbail"in rəqibi bəlli olur
Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

Loading.Az xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gələcəklər.

"Neftçi" Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı (3:1), "Şəfa" "Saatlı-Araz"ı (2:0), "Şəmkir" "Şəki City"ni (1:0), "Ağdaş" "Lerik"i (4:0), "Şimal" "Qusar"ı (4:1), "Hypers Guba" "Göygöl"ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.

Azərbaycan Kuboku

14 oktyabr

"Dinamo" - "Füzuli"

Saat 13:30, Neftçi Futbol Mərkəzi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 215 187 178 213 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.