ice berg

ice berg Moda.Dəb 9-12-2024, 18:00

Sizin bədən tipinizə hansı cins şalvar uyğundur? – STİLİSTLƏR AÇIQLADI

Sizin bədən tipinizə hansı cins şalvar uyğundur? – STİLİSTLƏR AÇIQLADI
Stilistlər Elizabet Kosiç və Lindsey Berni hər bədən növünə uyğun cins şalvar seçməklə bağlı məsləhətlər veriblər.

Loading.aZın məlumatına görə, mütəxəssislər aydın incə beli, dolğun döşləri və ombası olan xanımlara ombadan topuğa qədər enli kəsim, yüksəkbelli cins şalvar geyinmələrini məsləhət görüblər.

Berni qeyd edib ki, bu üslub bədəninizin bütün lazımi yerlərini vurğulayacaq və diqqəti incə belinizə yönəldəcək.

Lakin dar ombalı, lakin geniş çiyinləri olan qadınlara geniş ayaqlı cins şalvarlar tövsiyə olunur. Kosiç izah edib ki, belə bədən forması olan xanımlar ombaya lazımi miqdarda həcm əlavə edəcək, bükülmə və yarıq cibləri olan mürəkkəb, dəbli cins şalvarlara üstünlük verməlidir.

Yekun olaraq, ekspertlər sinə, omba və bel həcmləri bərabər olan qadınlarda yüksək belli modelləri seçməyin və onları geniş qollu köynəklə birləşdirməyin gözəl görünəcəyini söyləyiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
274 262 197 265 257 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.