SeBiNe166

SeBiNe166 Xəbərlər 28-08-2017, 19:44

ölkə bu AĞIR İTKİ xəbəri ilə sarsıldı ! Məşhur aktyor qətlə yetirildi

ölkə bu AĞIR İTKİ xəbəri ilə sarsıldı ! Məşhur aktyor qətlə yetirildi
ölkə bu AĞIR İTKİ xəbəri ilə sarsıldı ! Məşhur aktyor qətlə yetirildi

Məşhur aparıcı-aktyor Vatan Şaşmaz keçmiş sevgilisi Filiz Aker tərəfindən öldürülüb.

Loading.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin "Hüriyyet" qəzeti qətlin təfərrüatı barədə məlumat dərc edib.

F.Akerin bacısı qızı Dora Altınbaşak hadisə ilə bağlı açıqlama verib. O, xalasının V.Şaşmazı platonik olaraq sevdiyini söyləyib:

"Kafedə idik, oturub söhbət edirdik. Deyirdi ki, çox xoşbəxtəm, ancaq mənim xoşbəxtliyim səni kədərləndirə bilər. Sonra yarım saatlıq oteldə otağa çıxacağını, bir dostuyla görüşəcəyini söylədi. Daha sonra ona zəng vurdum, dedi ki, bir neçə dəqiqə sonra aşağı düşəcəm. Sonra telefonuna zəng çatmadı.

Otağına getdim, qapı bağlı idi. Mühafizə xidmətinin köməyi ilə qapını açdıq. Vatan yerdə uzanmışdı. Xalamla onun keçmişdə münasibəti olub. Ancaq indi aralarında heç bir şey yox idi. İllərdir platonik olaraq onu sevirdi. Vatanın burada heç bir günahı yox idi. Mən həmişə ona deyirdim ki, xala ağlını başına al. Ancaq o, "arvadını boşayıb mənimlə evlənməlidir" deyirdi".

Bundan əlavə, məşhur aparıcının xanımı Yasemin Adalının 4 aylıq hamilə olduğu da məlum olub. Ailəsi ilə birgə Tarsusda tətildə olan Y.Adalı təcili olaraq İstanbula qayıdıb.
Aparıcı Vatan Şaşmazın dəfn tarixi və yeri bəlli olub.

Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının cənazəsi sabah Güzeltepe məscidindən götürüləcək. Namaz qılındıqdan sonra isə Çengelköy qəbiristanlığında basdırılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
522 569 549 541 631 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.