Mira

Mira Sevgi 30-08-2017, 17:11

●• Kaş ayrılmasaydıq ●•

●• Kaş ayrılmasaydıq ●•


Mən onun nazını çəkdikcə gizli
O mənim qəlbimə dağlar çəkirdi.
Ayağı altına güllər düzürdüm,
O isə yoluma tikan əkirdi.
Sən onu canlandır rəsimlərində,
Süzgün baxışlar çək,qara tellər çək.
Doğma baxışlarla baxsın gözümə
Amma əllərimdə ögey əllər çək.
Sən çəkə bilərsən dalğalı dəniz
Amma çəkdiyimi çəkə bilməzsən.
Sən çəkə bilərsən göz yaşlarını
Mənim tək göz yaşı tökə bilməzsən.
Çəkdiyim həsrəti çəkmə isdəsən
Bir ürək rəsmi çək bir ox rəsmi çək
Çəkdiyin ox gəlib ürəyi deşsin
Ürəkdən torpağa axsın tək tək
Ey rəssam fırçanı atma əlindən
Sən öz rəsmini çək mən öz dərdimi
Ümidlə yaşayıb gözləyəcəyəm
Bəlkədə nə vaxtsa bildi qədrim...


Hüseynova Mətanət.

●• Kaş ayrılmasaydıq ●•

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
707 690 614 559 615 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.