cabir

cabir Xəbərlər 27-12-2024, 12:46

Hökumə "hər şey yaxşı olacaq" cümləsini əvvəllər də deyibmiş

Hökumə "hər şey yaxşı olacaq" cümləsini əvvəllər də deyibmiş
"Təəssüf ki, ümidlərimizə baxmayaraq, 3 dəyərli həmkarımızın həlak olması xəbərini qəbul etmək məcburiyyətində qaldıq. Bu, bizim üçün böyük bir itki və dərin kədərdir". Sun.az xəbər verir ki, bu barədə AZAL-ın əməkdaşı, təlimatçı təyyarə bələdçisi Arzu Süleymanov bildirib.

O, Aktauda baş vermiş qəzada həyatını itirmiş stüardessa Hökumə Əliyeva ilə bağlı xatirələrini bölüşüb: "Mən "Embraer-190 HG" təyyarəsi bizim aviaşirkətdə istismara qəbul olunan gündən təlimatçı təyyarə bələdçisi kimi uçuşlar yerinə yetirmişəm. Kapitanımız İqorl Kşnyakinlə 15 ilə yaxın birgə uçmuşam (yay mövsümündə uçuşlar çox olduqda həmişə deyərdi "Работать так работать) , Hökümə Əliyeva ilə isə 8 ilə yaxın bir çox uçuşlar həyata keçirmişik. İkinci pilotumuz Aleksandr Kalyaninov uçuşlara yenicə başladığı üçün onunla iki-üç birgə uçuşumuz olub.

Hökumə xanımın böyük təyyarə bələdçisi vəzifəsinə imtahan verdiyi zaman mən ona belə bir sual vermişdim:

"Hökumə xanım, fövqəladə hal baş versə, sərnişinlərə necə müraciət edəcəksiniz?"

Onun cavabı tam olaraq belə olmuşdu: "Heyətimizə inanın, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Hökumə xanım sözünün üstündə durdu və dediyi kimi hərəkət etdi. Qəhrəman pilotlarımızla və fədakar təyyarə bələdçiləri ilə bir şirkətdə çalışdığım üçün özümü çox qürurlu hiss edirəm.

Hökumə xanımla həmkar olduğum və ona təlim keçdiyim üçün fəxr edirəm. Onun cəsarətli hərəkətləri təkcə təyyarə bələdçisi peşəsinin nüfuzunu artırmadı, həm də təhlükəsizliyin hər şeydən üstün olduğunu bütün dünyaya bir daha sübut etdi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 290 274 262 318 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.