HASANLY

HASANLY Xəbərlər 28-12-2024, 13:04

Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri - RƏSMİ

Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri - RƏSMİ
Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.

Loading.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 26-dan etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər ayın əvvəli ilə eyni səviyyədə qalıb.

Dekabrın 26-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat;

"Anadoluqida" və "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.15 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.05 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.60 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.35 manat;

"Hazartürk LTD", "Sünbül 2012", "Taxıl AQRO" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.60 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.70 manat;

"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.80 manat.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 293 263 250 308 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.