Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Evlilik 10-01-2025, 11:00

“Evlilik sevgini öldürür?” - Psixoloqdan MARAQLI CAVAB

“Evlilik sevgini öldürür?” - Psixoloqdan MARAQLI CAVAB
Sun.Az xəbər saytı
Evlilik sevgini öldürür?” - Psixoloqdan MARAQLI CAVAB

Həyəcan dolu görüşlər, qanad açan ürəklər, bir-birinə deyilən xoş sözlər... Evlilik, bal ayı, bəs sonra?

Psixoloq Fuad Əsədov açıqlamasında ən çox düşündürən sualı - “Sevginin ömrü varmı?” cavablandırıb.

“Çox vaxt gənclərin ən əsas problemlərindən biri sevgi ilə bağlı olur. Mənim bir psixoloq kimi ən çox eşitdiyim cümlə budur. “Əvvəl tanış olanda və ya sevgililik dönəmində çox yaxşı idi. Evlənəndən sonra aramızda sanki o elektrik yoxdur”.

Birincisi, sevginin verdiyi o elektrik hissi ilkin zamanlarda olur. Sonradan münasibət başqa bir müstəviyə daşınır. Buna dostluq, doğmalıq və s. deyə bilərik. Bu hislər daha üstün olsa da, sevgi qədər cəzbedici və xoş deyil.

Çünki sevgi məntiqsiz bir şeydir. Metafora etmirəm, həqiqətən də insan sevən zaman beynin məntiqi işlərdən məsuliyyət daşıyan hissəsinin aktivliyi azalır. Sevən zaman insana hər şey gözəl görünür. Amma həyatdakı heç bir şey bu qədər gözəl ola bilməz. Bir müddət sonra insan həqiqətlə üzləşir və bunun xəyal etdiyindən çox fərqli olduğunu görür. Bu daha çox evləndikdən sonra olur. Ona görə də sevgi bir məntiq xəstəliyidirsə, evlilik də onun müalicəsidi. Mehmet Sungur demiş, sevgi, xəyal edilənlə həqiqəti anlamaq arasında keçən müddətdir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 117 34 61 36 64

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.