Diablo

Diablo Məşhurlar 12-01-2025, 19:00

Azər Baxşəliyev orqan nəqlindən özü imtina edib - Direktor AÇIQLADI

Azər Baxşəliyev orqan nəqlindən özü imtina edib - Direktor AÇIQLADI
Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü imtina edib.
Take.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin direktoru Yeganə Abbasova APA TV-yə müsahibəsində bildirib.
O, Azər Baxşəliyevə 4 il əvvəl böyrək transplantasiyasının icra edildiyini xatırladıb.
"Onun donoru anası idi. 4 ildən sonra təkrar qohum olmayan donorla müraciət edildi. Bütün sənədlər hazırlanmışdı, donordan razılıq alınmışdı, notarial təsdiq edilmişdi və sənədlər tam hazır halda Etika Komissiyasına göndərilmişdi. Azər Baxşəliyev özü əməliyyatdan (orqan nəqlindən) imtina etdi. Səbəb əməliyyatdan sonra donor üçün olan risklər idi. Bununla bağlı ərizə var və orada könüllü imtina halı qeyd edilib", - Mərkəzin direktoru vurğulayıb.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 272 256 226 235 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.