ice berg

ice berg İdman 19-01-2025, 09:00

"Mançester Yunayted"in keçmiş baş məşqçisi "Beşiktaş"da

"Mançester Yunayted"in keçmiş baş məşqçisi "Beşiktaş"da
İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu və baş məşqçisi Ole Qunnar Sulşer Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi olub.

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, 51 yaşlı norveçli ilə müqavilənin müddəti daha bir il uzadılması variantı ilə 2025/26 mövsümünün sonuna qədərdir.

Sulşer 2024-cü ilin dekabrında hollandiyalı Covanni van Bronkhorstun istefasından sonra "Beşiktaş"a müvəqqəti baş məşqçi təyin olunan Serdar Topraktepeni əvəzləyib.
"Beşiktaş" Türkiyə Superliqasında 18 oyundan sonra 30 xalla lider "Qalatasaray"dan 21 xal geri qalaraq altıncı pillədə qərarlaşıb.

Sulşer 2018-ci ilin dekabr ayından rəhbərlik etdiyi "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovulduğu 2021-ci ilin noyabrından bəri klubsuz idi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 266 191 210 214 233

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.