Ağcabədidə evdə qumbara partlamasında xəsarət alanların durumu açıqlandı
"Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayışda xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub". Bu barədə Sun.Az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
13:08
Ağcabədidə evdə qumbara partlayıb. Sun.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, iki nəvəsi və gəlini həyatını itirib. Onların üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.
12:59
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsi baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
12:50
Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub. Sun.Az "Trend"ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
Qeyd edək ki, yaralıların sayı 3-ə çatıb.
12:41
Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var. Sun.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıblar.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
https://youtu.be/5vw0wmxhmi4