Məndən Sonra ...


Məndən sonra olacaqları söyləyim
sənə... Bəli,bəlkə bir gün birini sevərsən, sevə
bilərsən,haqqındır. Onunla da eyni xəyalları
qurabilərsən, hətta reallaşdıra bilərsən.
Ona da xoşsözlər deyərsən, xoşbəxt edərsən.
"Sabahın xeyir" mesajları ilə onu da
oyandırarsan. Onuda ən az məni sevdiyin qədər
sevərsən.Onunla da mübahisə edərsən, üzr
istəyərsən.Çox xoşbəxt ola bilirsiniz. Amma
sənə bilmədiyin bir gerçəyi də
söyləyimmi?Xoşbəxtlik uzun sürmür. Bəlkə
dəfələrlə mübahisə edib ayrılacaqsınız və sən
artıq bu mübahisələrdən sıxılacaqsan. Məni
onunla müqayisə etməyə başlayacaqsan.. .
soyuduğunu hiss edəcəksən.
əvvəllər ağlına gəlməyən mən, hər gün ağlına
gəlməyə başlayacağam. Yavaş-yavaş peşman
olacaqsan, mənim üçün darıxmağa başlayacaqsan və daha bir gerçəyi
də söyləyimmi? Birini yenidən tanımağın,
sevməyin lazımsız olacağını başa düşəcəksən,
qorxacaqsan... Məni axtaracaqsan amma tapa
bilməyəcəksən.......







