amon

amon Sevgi 23-04-2018, 00:52

Məndən sonra olacaqları söyləyim sənə

Məndən sonra olacaqları söyləyim sənə
Məndən sonra olacaqları söyləyim sənəMəndən sonra olacaqları söyləyim sənə...
Bəli, bəlkə bir gün birini sevərsən, sevə bilərsən, haqqındır. Onunla da eyni xəyalları qura bilərsən, hətta reallaşdıra bilərsən. Ona da xoş sözlər deyərsən, xoşbəxt edərsən. "Sabahın xeyir" mesajları ilə onu da oyandırarsan.

Onu da ən az məni sevdiyin qədər sevərsən. Onunla da mübahisə edərsən, üzr istəyərsən. Çox xoşbəxt ola bilirsiniz. Amma sənə bilmədiyin bir gerçəyi də söyləyimmi? Xoşbəxtlik uzun sürmür. Bəlkə dəfələrlə mübahisə edib ayrılacaqsınız və sən artıq bu mübahisələrdən sıxılacaqsan. Məni onunla müqayisə etməyə başlayacaqsan. "O belə etməzdi" deyəcəksən.

Yavaş-yavaş soyuduğunu hiss edəcəksən. Əvvəllər ağlına gəlməyən mən, hər gün ağlına gəlməyə başlayacağam. Yavaş-yavaş peşman olacaqsan, mənim üçün darıxmağa başlayacaqsan və daha bir gerçəyi də söyləyimmi? Birini yenidən tanımağın, sevməyin lazımsız olacağını başa düşəcəksən, qorxacaqsan. 
Məni axtaracaqsan amma tapa bilməyəcəksən..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 719 696 592 705 619

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.