ice berg

ice berg İdman 6-08-2025, 15:00

“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

 

Loading.aZ xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

 

Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

 

Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-si və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 206 190 178 208 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.