ice berg

ice berg Gözəllik 13-09-2025, 14:00

Hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır

Hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır

“Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Hər xalqın, ölkənin, millətin fərdi, spesifik gözəlliyi olub. Amma indi nəinki millətlər, bir ölkədə yaşayan eyni millətin nümayəndələri belə bir-birinə bənzəmir. İnsanlar, xüsusilə qadınlar sanki özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur, hamı özünü dəyişmək sevdasına düşür”. Bu sözləri açıqlamasında sosioloq Lalə Mehralı deyib.

 

O bildirib ki, gözəllik spesifik olmalıdır, hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır: “Siz indi öz spesifik gözəlliyi olan qız, qadın görə bilirsiniz? Çox nadir. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün əbədi istehlakçı bazası formalaşır və estetik-plastik cərrahiyədə milyonlarla pul dövr edir. Bu gedişatın böyük bir çöküşü olacaq, insan insanlıqdan çıxır getdikcə.

 

Yaradanın yaratdığını bəyənməyib öz üzərində yenidənqurma, təmir-bərpa işləri görən, gördürən insanlar, istədiyiniz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhunuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Vacib olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Öz görüntüsünü sevməyən insanlar üçün özünüdəyişmə əməliyyatlarının sonu yoxdur”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 225 208 224 266 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.