AzizA

AzizA Gözəllik 28-09-2025, 19:30

Payızda göz makiyajının tonları necə olmalıdır?

Payızda göz makiyajının tonları necə olmalıdır?

Payız mövsümü təkcə geyim dəbində deyil, həm də makiyajda öz izini buraxır. Yayın yüngül, canlı rəngləri yavaş-yavaş yerini isti, torpaq çalarlarına və dərin tonlara verir. Göz makiyajı isə bu dəyişikliyin ən nəzərə çarpan hissəsidir. Payızda gözlərə daha dərin, cazibədar və romantik ifadə vermək üçün seçilən tonlar çox önəmlidir.

1. Torpaq çalarları – klassik seçim

Qəhvəyi, bej, qızılı və kəhrəba tonları payızın simvolu hesab olunur. Bu çalarlar gündəlik makiyaj üçün həm sadə, həm də isti bir görünüş yaradır. Üstəlik, torpaq tonları bütün göz rəngləri ilə uyumlu olur.

2. Narıncı və qızılı çalarlar – günəşli payız effekti

Payız yarpaqlarının rəngini xatırladan narıncı, şaftalı və qızılı tonlar göz makiyajında canlılıq gətirir. Bu rənglər xüsusilə axşam işıqlarında daha parlaq görünür və romantik atmosfer yaradır.

3. Bənövşəyi və şərab qırmızısı – dərin baxışlar üçün

Payız aylarında tünd bənövşəyi, vişnəyi və şərab qırmızısı tonları çox trenddə olur. Bu çalarlar həm kölgələmə, həm də eyeliner effekti üçün istifadə edilə bilər. Xüsusilə yaşıl və qəhvəyi göz rəngini daha da ön plana çıxarır.

4.Zeytun və xaki tonları – fərqli və zərif görünüş

Yaşılın payıza uyğun çalarları – zeytun, xaki və tünd yaşıl tonları göz makiyajında fərqli, amma zərif bir hava yaradır. Bu rənglər tünd qəhvəyi ilə qarışdırıldıqda çox harmonik bir görünüş alınır.

5. Dumanlı gözlər (Smokey eyes)

Payız makiyajının vazkeçilməzlərindən biri də smokey eyes-dır. Qara və boz tonlarla yanaşı, payızda tünd qəhvəyi, bənövşəyi və şərab tonları ilə smokey makiyaj etmək daha trend sayılır.

6. Metallic effektlər

Bronz, mis və qızılı metalik kölgələr payızın isti havasını gözlərə daşıyır. Bu tonlar həm təkbaşına, həm də mat çalarlarla birlikdə istifadə edildikdə göz makiyajını daha cazibədar göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 316 230 267 260 256

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.