ice berg

ice berg İdman 9-11-2025, 09:00

Hidayət Heydərov çempion oldu

Hidayət Heydərov çempion oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

 

Loading.aZ xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

 

Bununla da H. Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

 

Qeyd edək ki, bu gün keçirilən yarışları 3 cüdoçumuz medalla başa vurub - Könül Əliyeva gümüş, Aydan Vəliyeva və Ruslan Paşayev isə bürünc medal qazanıblar.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 149 190 181 180 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.