AzizA

AzizA Məsləhətlər 25-11-2025, 14:30

30 dəqiqədə yuxuya gedə bilmirsinizsə bunu edin

30 dəqiqədə yuxuya gedə bilmirsinizsə bunu edin

Yuxuya getməkdə çətinlik çəkənlər üçün sadə, lakin effektiv üsul mövcuddur. Loading.az xəbər verir ki, ispan neyrofizioloqu Daniel Blanes Jakar bildirib ki, əgər yuxu 30 dəqiqə ərzində gəlmirsə, yataqda qalmaq doğru deyil, çünki bu, məyusluğa səbəb olur və vəziyyəti daha da pisləşdirir.

Mütəxəssisin izahına görə, məyusluq hissi orqanizmdə oyanıq qalmağa səbəb olan hormonları aktivləşdirir. Ona görə də yuxuya getməyə məcbur olmaq əvəzinə, yataqdan qalxıb sakit və “fəlsəfi olmayan” fəaliyyətlə məşğul olmaq, zəif sarı və ya narıncı işıq altında vaxt keçirmək tövsiyə olunur.

Jakar əlavə edib ki, ən uyğun fəaliyyət mümkün qədər maraqsız bir kitab oxumaqdır. Smartfon, televizor izləmək və ya diqqət tələb edən işlərlə məşğul olmaq isə yuxunun gecikməsinə səbəb olur və narahatlığı artırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 185 151 195 231 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.