Röya 16 il küsülü qaldığı müğənninin adını açıqladı
Xalq artisti Röya Ayxan "Tarixin bir günü" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.
Loading.aZın məlumatına görə, müğənni bildirib ki, indiyədək ən uzun müddət - 16 il küsülü qaldığı şəxs həmkarı Elnur Məmmədov olub.
Röya açıqlamasında onların arasında illər əvvəl yaranan incikliyin artıq aradan qalxdığını vurğulayıb:
"Ürəkdən barışdım. Oturduq, onunla salamlaşdım. Sonra dedim ki, getdik yeyib-içməyə".
Müğənninin bu etirafı izləyicilər və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.







