Odun peçi və uşaqlığımız...)
Dayan...)Aç playlistində "Oqtay ağayev-Sən ey uşaqlıq" sonra davam et oxumağa.)
Gəl səni aparım uşaqlığımıza..) Səhərlər saat 8-də qışın ortalarında oyanıb məktəbə getdiyimiz vaxtlara.Odun peçinin pıçıltılı səsi,üstündəki qəfədanın xəfif mey səsinə.Pişiyimizin peçin yanında yuvarlanıb yatmağına.Ananın gəlib səni"Balam dur artıq saat 8-dir məktəbə getmək vaxtıdır deməsinə.)
Qaçaraq hazırlaşıb odun peçinin üstündə qızarmış çörəklə səhər yeməyi yeyib,məktəbə getməyimizə.Dərsləri yola verib "böyük tənəffüs"dediyimiz saatlarda bir neçə sinifin bir araya toplanıb nələrdənsə söhbət etməsinə.Evə getmək istəməməmizdən.
Məktəbdən evə gəldiyimiz vaxtlara.Analarımızın bizim üçün hazırladığı süfrələrdən yediyimiz yeməklərə).Hələ də ki həmin günlərdə qar yağaydı axşamüstü bütün məhləylə birlikdə qartopu oynamağımıza) Analarımızın axşam oldu evəə gəll..! Cümləsinə) Bəzən işiqların söndüyü gecələrə,şam işiğinda oynadığımız oyunlara)
Uşaqlığın qoxusu deyilən bir qoxu var xatırladıqca o anları kəndimizi) məktəbimizi) qohumlarla birlikdə olduğumuz illəri burnumun ucunda hiss edirəm o qoxunu.) Deyəsən çox darıxmışam uşaqlığım üçün) Kaş ki, yatıb oyansam bir sabah bütün yaşadıqlarım bir yuxu olsa,birisi məni aparıb saat 8-də anamın səsi ilə oyandığım səhərlərə qoysa)
Yenə Anam "bala dur saat 8-dir məktəbə getmək vaxtıdır" desə...)






