ice berg

ice berg Məşhurlar 12-01-2026, 15:00

Narkotikə görə saxlanan məşhur, azadlığa çıxan kimi ölkəni tərk etdi

Narkotikə görə saxlanan məşhur, azadlığa çıxan kimi ölkəni tərk etdi

Türkiyədə məşhur simalara yönələn “narkotik” istintaqı çərçivəsində gözaltına alınan aktyor Can Yaman azadlığa buraxılıb.

 

Loading.aZ xəbər verir ki, məşhur aktyor sərbəst buraxılan kimi, ölkəni tərk edib. O, yaşadığı İtaliyaya uçub. Bu barədə Yaman sosial mediada paylaşım edib.

 

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan “narkotik” istintaqı çərçivəsində aktyor Can Yaman gözaltına alınıb. İstintaq çərçivəsində Beşiktaşda yerləşən Bebek Oteldə və bəzi əyləncə məkanlarında gecə saatlarında jandarma əməkdaşları tərəfindən əməliyyat keçirilib. Otel daxilində axtarış aparılarkən, qruplara narkotik axtaran it də cəlb olunub.

 

Saxlanılan şəxslər arasında olan Can Yaman ifadə və test prosedurlarından sonra sərbəst buraxılıb. Narkotik testi üçün qan və saç nümunələri götürüldükdən sonra azadlığa çıxan məşhur aktyor vaxt itirmədən yaşadığı İtaliyaya yollanıb.

 

Mətbuatda yayılan xəbərlərlə bağlı Romadan paylaşım edən Yaman barəsində səsləndirilən iddiaları təkzib edib.

 

Can Yaman Instagram hesabında etdiyi açıqlamada belə deyib: “Romaya geri dönüş. Əziz İtaliya mətbuatı, Türkiyə mətbuatı mənə hər zaman pis davranıb, amma bu yeni bir şey deyil. Zəhmət olmasa, İstanbuldan gələn xəbərləri köçürüb-yapışdırmaq kimi səhvlərə verməyin. Polisin ağır istintaqlar apardığı və bir çox məşhur şəxsin saxlanıldığı bir dövrdə mənim narkotiklə gəzdiyimi düşünürsünüz? Əgər bu doğru olsaydı, bu qədər qısa müddətdə sərbəst buraxılıb ertəsi gün İtaliyaya qayıda bilməzdim.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 200 194 180 210 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.