AzizA

AzizA Mətbəx 21-01-2026, 08:30

Sarımsaqlı Pomidor Souslu Qarışıq Qızartma: Tərəvəzləri tək-tək qızartmağın sirri

Sarımsaqlı Pomidor Souslu Qarışıq Qızartma: Tərəvəzləri tək-tək qızartmağın sirri

Bu resept yay və payız aylarının əvəzolunmaz ləzzətidir. Tərəvəzlərin bir yerdə deyil, tək-tək qızardılması onların yumşalmasının qarşısını alır və xırtıldayan qalmasını təmin edir. Üzərinə əlavə edilən bol sarımsaqlı pomidor sousu isə yeməyə əsl yay dadı qatır.

Loading.Az lazım olan ərzaqları təqdim edir:
Tərəvəzlər: 2 ədəd badımcan, 2 ədəd qabaq (kabaçok), 3-4 ədəd kartof, 5-6 ədəd yaşıl bibər.

Sous üçün: 3 ədəd böyük pomidor, 3-4 diş sarımsaq, 1 xörək qaşığı sirkə (istəyə görə), duz, bir çimdik şəkər tozu.

Qızartmaq üçün: Bitki yağı.

Hazırlanma qaydası:
Badımcanları alacalı soyub kub və ya halqa şəklində doğrayın və acısının çıxması üçün duzlu suda saxlayın. Kartof və qabaqları da oxşar ölçülərdə doğrayın.

Tərəvəzlərin xırtıldayan qalması üçün onları mütləq tək-tək qızardın:

İlk olaraq kartofları qızardıb kağız dəsmal üzərinə çıxarın.

Sonra qabaqları, ardınca isə quruladığınız badımcanları qızardın.

Ən sonda bibərləri qızardaraq bütün tərəvəzləri servis qabına qarışdıraraq yığın.

Sarımsaqlı pomidor sousu:

Pomidorları rəndələyin və ya xırda doğrayıb tavaya tökün.

Üzərinə əzilmiş sarımsaqları, duzu və şəkər tozunu əlavə edib suyu çəkilənə qədər bişirin.

Sousun daha parlaq və dadlı olması üçün sonda 1 qaşıq sirkə əlavə edə bilərsiniz.

Hazırladığınız isti sousu qızartmaların üzərinə bolca tökün.

Tərəvəzləri qızartdıqdan sonra üst-üstə çox sıx yığmayın ki, buxarlanıb yumşalmasınlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 185 182 211 162 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.