UEFA Çempionlar Liqası: "Liverpul"un "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlər tükənib
İngiltərənin "Liverpul" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunu üçün "Qarabağ"a ayırdığı biletlər tükənib.
Bu barədə Loading.Az`ın sorğusuna cavab olaraq Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Səfərdə baş tutacaq qarşılaşmada "köhlən atlar"ı təxminən 1250 azarkeş dəstəkləyəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu gün, saat 15:00-da İngiltərəyə yollanacaq.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







