ice berg

ice berg İslam Dini 17-02-2026, 17:00

Həzrət Mühəmməd Peyğəmbərin (s) atası və anası qohum idilər?

Həzrət Mühəmməd Peyğəmbərin (s) atası və anası qohum idilər?

Həzrət Mühəmməd Peyğəmbərin (s) nəsil şəcərəsi müvafiq mövzulu kitablarda ətraflı şəkildə qeyd edilmişdir. O Həzrətin atası Qüreyş qəbiləsinin Bəni-Haşim soyundan Abdullah ibn Əbdülmüttəlib ibn Haşim ibn Əbdimənaf ibn Qüseyy ibn Kilab ibn Mürrə idi. Bu nəslin hər biri öz zamanında Qüreyş qəbiləsinin başçısı və ağsaqqalı olmuşdur. Məkkənin idarəçiliyi, Kəbəyə ziyarətə gələnlərə xidmət göstərilməsi, döyüş və sülh məsələləri onların ixtiyarında idi. Peyğəmbərimizin (s) anası Aminə də Qüreyş qəbiləsindən Vəhəbin qızıdır. Bu nəsil Bəni-Haşimdən sayılmırdı, çünki onların şəcərəsi Haşimdən əvvəl Qüreyş qəbiləsindən haçalanmışdı: Vəhəb ibn Əbdimənaf ibn Zührə ibn Kilab ibn Mürrə. Abdullahla Aminənin şəcərəsində adları çəkilən Əbdimənaf adlı şəxslər əmioğlu idilər. Onların nəsil şəcərəsi Kilabda birləşir. Abdullah Kilabın Qüseyy adlı oğlunun, Aminə isə Kilabın Zührə adlı oğlunun nəslindəndir. Abdullahın beşinci nəsildən ulu babası və Aminənin dördüncü nəsildən ulu babası eyni şəxsdir – Kilab ibn Mürrə. Beləliklə, Peyğəmbərimiz (s) həm ata, həm də ana tərəfdən Qüreyş qəbiləsindəndir, amma yalnız ata tərəfdən Bəni-Haşim soyundandır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 192 180 219 193 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.