Səbr niyə İslamda bu qədər mühümdür?
1. Səbr – imanın yarısıdır
Həzrət Peyğəmbər (s) buyurur:
“İman səbr və şükrdən ibarətdir.”
İnsanı imani cəhətdən yüksəldən, sınavları keçməyə kömək edən əsas sütunlardan biri məhz səbrdir.
2. Səbr Allahın ən sevdiyi əxlaqdır
Quranda dəfələrlə “Allah səbr edənlərlədir” ayəsi keçir.
Bu, Allahın yaxınlığına bir işarədir.
3. Səbr insanın taleyinə təsir edir
Peyğəmbər (s) deyir:
“Səbrin sonu nicatdır.”
Səbr təkcə gözləmək deyil – yaxşı sonluğa aparan yolun adıdır.
4. Səbr – insanı yanlışa aparan hissləri boğur
Hirs, qəzəb, qısqanclıq, tələskənlik… bütün bunlar insanı zərərli qərarlara sürükləyir.
Səbr emosiyanı deyil, qərarı idarə edir.







