ice berg

ice berg İdman 15-02-2026, 19:09

"Fənərbaxça"dan tarixi rekord

"Fənərbaxça"dan tarixi rekord


"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Superliqasında rekorda imza atıb.

 

Loading.aZ xəbər verir ki, almaniyalı mütəxəssis çempionatda ardıcıl 19 oyundur məğlub olmur. Bununla da o, kluba gəlişindən sonra ən uzun məğlubiyyətsiz seriya üzrə 1965-ci ilə aid göstəricini təkrarlayıb. Məlumatı "Opta" yayıb.

 

Superliqanın 22-ci turunda İstanbul təmsilçisi səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub edib. "Fənərbaxça" Tedeskonun rəhbərliyi altında ilk 19 liqa matçında 13 qələbə qazanıb və 6 heç-heçə edib.

 

Beləliklə, Tedesko "Fənərbaxça"da 1964-cü ilin oktyabrından 1965-ci ilin fevralına qədər 19 oyunluq məğlubiyyətsiz seriyaya sahib olan Oskar Holdun rekordunu təkrarlayıb.

 

Hazırda "Fənərbaxça" 22 turdan sonra 52 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionata isə 55 xalla "Qalatasaray" başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 175 161 131 150 121

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.