ice berg

ice berg Avto Dünya 3-03-2026, 20:00

2026-cı ilin ən etibarsız 10 avtomobili

2026-cı ilin ən etibarsız 10 avtomobili

Avtomobil seçərkən sürücülər bir çox meyarı nəzərə alır və onların çoxu üçün ən vacibi etibarlılıqdır. Heç kim istəməz ki, maşını tez-tez sıradan çıxsın.

 

Loading.aZ xəbər verir ki, "Consumer Reports" ekspertləri 2026-cı ilin ən etibarsız avtomobillərini müəyyən edib. Onlar xüsusi modellərin sıradan çıxma məlumatlarını və real sahiblərin rəylərini nəzərə alıblar.

 

2026-cı ilin ən etibarsız 10 avtomobili:

 

1. GMC Acadia

 

2. Rivian R1T

 

3. Chevrolet Blazer EV

 

4. Mazda CX-90 Plug-in Hybrid

 

5. Genesis GV60

 

6. Mazda CX-90

 

7. Kia EV9

 

8. Kia EV6

 

9. Honda Prologue

 

10. Chrysler Pacifica Hybrid

 

2026-cı ilin ən etibarsız yeni avtomobili "GMC Acadia" olub. Bu model çox tez-tez sıradan çıxır.

 

Nəşrdə bildirilir ki, "GMC Acadia" uzun müddətdir etibarsız avtomobil kimi tanınır. Problemlərin bir çoxu kifayət qədər ciddi xarakter daşıyır. Məqalədə qeyd olunur ki, avtomobilin yığılma keyfiyyəti sual doğurur, performansı isə yetərli deyil. Bundan əlavə, maşın yüksək yanacaq sərfiyyatı göstərir və mühərrik və transmissiya ilə bağlı mexaniki problemlər çox tez-tez meydana çıxır.

 

Əvvəlki illərdə "Consumer Reports" müəyyən etmişdi ki, yapon markaları yeni avtomobillərin etibarlılıq siyahısında liderlik edir. 2026-cı ildə isə lider dəyişib.

 

2025-ci ilin ən etibarlı markası "Subaru" idisə, bu il lider "Toyota" olub və "Subaru" ikinci yerə düşüb.

 

Ekspertlər bildirirlər ki, 2026-cı ildə "Toyota Camry" sedanının etibarlılıq göstəriciləri 2025-ci ildəkindən daha yüksək olub. Bu model "Toyota" markası daxilində yalnız "Toyota Crown" ilə müqayisədə etibarlılıqda geri qalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
151 157 179 202 166 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.