ice berg

ice berg İdman 9-03-2026, 15:00

Alleqri “Real”ın yeni baş məşqçisi olacaq? - Özü DANIŞDI

Alleqri “Real”ın yeni baş məşqçisi olacaq? - Özü DANIŞDI

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri Madridin “Real” klubuna mümkün təyinatı ilə bağlı yayılan məlumatları şərh edib.

 

Loading.aZ xəbər verir ki, o, “Milan”da xoşbəxt olduğunu deyib:

 

“Mənim Milan-la müqaviləm 2027-ci ilə qədər qüvvədədir. Gələcəyim sabahdır. Milan-da özümü yaxşı hiss edirəm və çox xoşbəxtəm. Bu yola yalnız iyul ayında başlamışıq. Klub gələcək üçün çalışır. Lakin məqsədimizə çatana qədər indiki məqama fokuslanmalıyıq. Hələ heç nəyə nail olmamışıq”.

 

Daha əvvəl mediada məlumat yayılıb ki, “Real” gələn yay italiyalı mütəxəssisi transfer etmək üçün üçüncü cəhd edə bilər. Bildirilib ki, “kral klubu” Alleqrini yüksək qiymətləndirir və hətta iki dəfə (2019 və 2021-ci illərdə) onunla müqavilə bağlamağa yaxın olub.

 

58 yaşlı mütəxəssis ötən yay “rossoneri”yə rəhbərlik etməyə başlayıb. A Seriyasında 27 turdan sonra “Milan” 57 xal toplayaraq ikinci pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 142 123 156 133 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.