ice berg

ice berg İdman 15-03-2026, 15:00

“Fənərbağça”nın prezidenti baş məşqçini istefaya göndərir

“Fənərbağça”nın prezidenti baş məşqçini istefaya göndərir


“Fənərbağça” klubunun prezidenti Sadettin Saran Türkiyə çempionatının 26-cı turunda “Fatih Karagümrük” ilə oyunda (0:2) komandanın çıxışından narazı qalıb.

 

Loading.aZ xəbər verir ki, qarşılaşma başa çatandan sonra klub rəhbərliyi tərəfindən təcili iclas çağırılıb və komandanın baş məşqçisi Domeniko Tedeskonun gələcəyi müzakirə olunub.

 

Məlumata görə, bu gün Tedesko və “Fənərbağça”nın idman direktoru Devin Özek kluba çağırılıblar. İstanbul klubunun rəhbərliyi artıq italiyalı mütəxəssisin əvəzlənməsi üçün bir neçə namizədi nəzərdən keçirir.

 

“Fatih Karagümrük”lə oyunda məğlubiyyətdən sonra “Fənərbağça”nın çempionatda məğlubiyyətsiz keçirdiyi 22 oyunluq rekord seriya başa çatıb.

 

Tedesko 2025-ci ilin sentyabrından etibarən İstanbul komandasına rəhbərlik edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 183 219 174 166 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.