İsrail ordusu: Hizbullah terror təşkilatı Livanın cənubundakı İsrail qoşunlarına bir neçə raket atıb
Hizbullah bu səhər Livanın cənubunda yerləşən İsrail qoşunlarına bir neçə raket atıb. Sun.Az
The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketlər qüvvələrin yaxınlığına düşüb, lakin heç bir xəsarət almayıb. Bu arada, ordu dünən Livanın cənubunda 15-dən çox Hizbullah obyektinə zərbələr endirdiyini bildirir.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hədəflər arasında silah anbarları, silah istehsalı sahələri, komanda mərkəzləri, raket atış məntəqələri və terrorçu qruplaşmanın istifadə etdiyi binalar olub.
Müəllif: İlkin Məmmədkərimov






