Tər qönçə açılan çiçəyimmi var (Kənan Keçmişini unutmadı)

Tər qönçə açılan çiçəyimmi var (Kənan Keçmişini unutmadı)
üreyimsen


Döyünür nəbzində xatirə anlar
Ümüdün gözündə açılır danlar
Aman bu qəlbimi kimsə görməsin
Ovutmaz qəmini özgə limanlar
Mənim səndən ayrı gərəyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!


Tər qönçə açılan çiçəyimmi var (Kənan Keçmişini unutmadı)

De hansı ürəyə sıgınaram mən
Dəli duyğularda ümmanım sənsən
Qəlbimdə sən ilə qızınaram mən
Mənim son mənzilim unvanım sənsən
Sənsiz düşündüyüm diləyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!


ureyimsen

Yağışa bürünən bəniz kimiyəm
Qəhərin amansız dumanındayam
Mən sənsiz dalğasız dəniz kimiyəm
Sənli ruzigarlar gümanındayam
Yoxluğun içində dəyərimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!




Hər qəmdən payım var zülümlər gördüm
Hər ani həsrətlə yarıya böldüm
Bu kovrek qəlbimdə soldu arzular
Xəzanı sovrulan payıza döndüm
Tər qönçə açılan çiçəyimmi var
Özgəyə verməyə ürəyimmi var?!


Öz xatirəmi paylaşmaq qəbahət deyil hər halda. Hörmət etdiyim insanlar var burda.
Bu gecə uzun olacaq...Keçəy şəxsi hislərə. 1-ci hissə

2014 ilin Payız ayları idi
Bu oglan hər şeydən əlini üzmüşdü
Bir oqlan mənimlə çox dərinə gedirdi. Mübahisə edirdi
Sən demə nikin səhv anlamışam. Qız imiş..
Hər şey tamam dəyişdi.
Ardı var....








[media=https://www.youtube.com/watch?v=fLgSj0rXESE]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1314 1300 1179 1173 1326 1136

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.