ice berg

ice berg Ana və uşaq 25-05-2026, 18:00

Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI

Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI

Bir çox valideynə tanış vəziyyətdir: siz faydalı tərəvəz yeməyi hazırlayırsınız, amma uşaq boşqabdan yalnız alma və ya bananı seçir.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə brokkoli və köklə dolu “ideal boşqablar” görünür, real həyatda isə hər şey daha fərqlidir.

 

Sosial şəbəkələrdə tez-tez meyvələrin “tamamilə şəkərdən ibarət olduğu”, əsl faydanın isə yalnız tərəvəzlərdə olduğu barədə fikirlərə rast gəlinir. Lakin mütəxəssis vurğulayır ki, meyvə və tərəvəzlərin eyni qida qrupunda birləşdirilməsi təsadüfi deyil.


Onların tərkibində oxşar vitaminlər, antioksidantlar, lif və digər vacib maddələr var. Əgər uşaq mütəmadi olaraq meyvə yeyirsə, o, yenə də orqanizm üçün lazım olan mikroelementlərin böyük hissəsini alır.

 

Meyvələrdəki “zərərli şəkər” mifidir

 

Ekspert “həddindən artıq şəkər” qorxusuna qapılmamağı tövsiyə edir. Meyvələrdə təbii şəkərlər olur və onlar lif, vitamin və bioloji aktiv maddələrlə birlikdə qəbul edilir.

 

Uşağın orqanizmi aktiv inkişaf edir, beyin formalaşır və balacaların enerji ehtiyacı həqiqətən yüksək olur. Şirin dada meylin böyük hissəsi fizioloji səbəblərlə bağlıdır.

 

Valideynlər necə davranmalıdır?

 

Mütəxəssis sakit qalmağı və tərəvəzləri təzyiq göstərmədən uşağa təqdim etməyə davam etməyi məsləhət görür. Vacib olan odur ki, uşaq tərəvəzləri mütəmadi şəkildə masada görsün və zamanla onların dadına və teksturasına alışsın.

 

Bəzən ən düzgün qərar narahatlığı azaltmaq və uşağa zaman verməkdir.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
119 118 121 99 94 86

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.