ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 26-05-2026, 22:40

Ağsuda dəhşətli qəza - yoldan çıxan avtomobil çaya düşdü

Ağsuda dəhşətli qəza - yoldan çıxan avtomobil çaya düşdü

Ağsuda dəhşətli qəza - yoldan çıxan avtomobil çaya düşdü

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Loading.az xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
78 75 70 72 94 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.