cabir

cabir Məşhurlar 5-06-2026, 23:00

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.                 Sun.Az                  xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:            

"Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şey qaydasındadır. Ayaqlarını normal hərəkət etdirə bilir. Afaq xanımın onurğa beynində sıxılma var idi. Əvvəl də əməliyyat olunmuşdu. Ona bir müddət reabilitasiya lazım olacaq. Qısa müddətdə xeyrini görəcək.

Bu Afaq xanımda uzunmüddətli bir problem idi. Problem uzunmüddətli olanda onun düzəlməsi də çox çəkə bilər. Ümid edək ki, ən qısa müddətdə yaxşılaşacaq. Ümid edirəm ki, iki gündən sonra vəziyyətinin düzəlməsindən asılı olaraq xəstəxanadan evə buraxılacaq. Almaniyadan xüsusi Afaq xanımı əməliyyat etmək üçün gəlmişəm. Şənbə günü qayıdacağam".

Xalq artisti də əməliyyatdan sonra səhhəti haqqında danışıb:

"Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm, amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm".

                                               

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
93 114 88 86 97 109

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.