cabir

cabir Xəbərlər 17-06-2026, 11:30

İsrail Hizbullah komandirinin öldürüldüyünü açıqladı

İsrail Hizbullah komandirinin öldürüldüyünü açıqladı

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda həyata keçirilən hava zərbəsi nəticəsində Hizbullah komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.                           Sun.Az                              

xəbər verir ki, bu barədə TASS məlumat yayıb.                               

Məlumata görə, öldürülən şəxs Livanın cənub və şərq bölgələrində fəaliyyət göstərən şiə silahlı qruplaşmaları arasında əməliyyat rabitəsinin təşkilinə cavabdeh olub. Hava zərbəsi Beyrutun cənubundakı Qobeyri məhəlləsində yerləşən beşmərtəbəli binaya endirilib.

İsrail ordusunun bəyanatında bildirilir ki, əməliyyat zamanı mülki şəxslərə dəyə biləcək zərərin minimuma endirilməsi üçün xüsusi tədbirlər görülüb.

"Bunun üçün dəqiq idarə olunan sursatlardan və havadan müşahidə vasitələrindən istifadə olunub", - deyə bəyanatda vurğulanıb.

                

                         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
56 64 73 62 71 64

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.