ABŞ, Fransa və Yunanıstan Ermənistanda hərbi təlimlərə qatılacaq
Ermənistan üç NATO ölkəsi - Yunanıstan, ABŞ və Fransa ilə birgə "Qartal Tərəfdaş 2026" adlı illik hərbi təlimə ev sahibliyi edəcək. Sun.Az
xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Bəyanatda bildirilib ki, təlimlərin əsas məqsədi sülhməramlı missiyalara hazırlıq səviyyəsinin artırılması və bu missiyaların icrası üzrə bacarıqların təkmilləşdirilməsidir.
Nazirliyin məlumatına görə, təlimlərdə Ermənistandan 250, ABŞ-dan 58, Fransadan 24, Yunanıstandan isə 11 hərbçi iştirak edəcək.






