Venesiya kanalında insan külü səpələndi: görüntülər narazılıq doğurdu
Avropada bir turist sevdiyi insanın külünü kanala səpələyərək yerli sakinlərin və digər sərnişinlərin narazılığına səbəb olub. Sun.Az
xəbər verir ki, hadisə ilə bağlı görüntülər Daily Mail tərəfindən yayımlanıb.
Məlumata görə, insident İtaliyanın Venesiya şəhərində, San Giorgio Maggiore adası yaxınlığında baş verib. Hadisə şəhərin ictimai su nəqliyyatı sistemi olan vaporetto-da olan sərnişinlər tərəfindən mobil telefonla lentə alınıb.
Videoda Fransa vətəndaşının çantasından plastik torba çıxardığı və içərisindəki külü kanalın üzərinə səpələdiyi görünür. Onun bu hərəkəti bəzi sərnişinlər və yerli sakinlər tərəfindən narazılıqla qarşılanıb.
Hadisənin hüquqi nəticələrinin olub-olmadığı barədə hələlik məlumat verilməyib.






